Sürücülərə XƏBƏRDARLIQ - Bu halda cərimə qaçınılmazdır - VİDEO

Son illərdə yol polis əməkdaşları səhər saatlarında mütəmadi sərxoşluq testi yoxlamaları aparır.
Sürücülər bildiriblər ki, patrul əməkdaşları axşamdan spirtli içki içən sürücüləri müəyyən etmək üçün erkən saatlarda yolda post yaradıb, istənilən avtomobili saxladaraq sürücünü alkotesterlə yoxlayırlar.
“Bəzi hallarda sürücülər yoxlamadan imtina edirlər. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərxoş hesab edilir və ona inzibati qaydada cərimə tətbiq olunur”.
Mövcud qanunvericiliyə uyğun olaraq, “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4 bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.
“Axşam spirtli içki qəbul edib, sonra da 7-8 saatlıq aradan sonra səhər saatlarında həmin şəxsin qanında alkoqolun konsentrasiyasının 0,3 promill olması onun yolda digər hərəkət iştrakçıları üçün təhlükə törətməsi nə qədər realdır?”
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyir ki, sürücü saxlanıb, sərxoşluğu yoxlanan zaman əgər o bundan imtinqa edirsə qanuna uyğun formada sərxoş hesab edilir. İstəsə yol patrul əməkdaşları yerində də yoxlaya bilər, əgər sürücü bundan da imtina etsə, sərxoşluğun ekspertizası mərkəzində də bu, mümkündür.
Xatırladaq ki, sərxoş halda avrtomobil idarə edən şəxs aşkar edildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə oluna bilər.
Daha ətraflı süjetdə:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










