"Ukrayna" dairəsində sürücülər hər gün qayda pozur - Hərəkəti necə tənzimləmək lazımdır? - VİDEO

Ukrayna dairəsi yol qəzalarının daha çox baş verdiyi ərazilərdəndir.
Maşınla bu dairənin başına 1 dəfə də olsun dolanan sürücülər orada nələrin yaşandığını yaxşı bilir.
Ekspertlər bildirir ki, bu dairədə hərəkətin düzgün təşkil olunmaması, ərazidə qəza riskini artır.
Dairədə zolaqların sayının 5-6, hətta 7 olduğu yer var. Dairənin giriş çıxışı da çoxdur. Bu səbəbdən də sürücülər sağdan sola çarpaz yerdəyişmə edirlər ki, bu da bəzən qəza şəraiti yaradır.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, problemin aradan qaldırılması üçün dairənin ləğvi, eləcə də digər təkliflər gündəmdədir.
Onun fikrincə, Ukrayna dairəsindəki vəziyyəti normallaşdırmaq üçün, Azneft dairəsindəki hərəkətin təşkili mexanizmini də tətbiq etmək olar.
Ekspert qeyd edib ki, yol nəqliyyat hadisələrinin baş verməsində 3 əsas faktor var:
Birinci sürücünün qeyri-peşəkarlığı, ikinci yol şəraiti, üçüncü isə nəqliyyat vasitələrinin keyfiyyətidir. Sözügedən dairə ətrafında isə yol şəraiti ilə digər iki faktorun birləşməsi qəzanı qaçılmaz edir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










