Ağdamdakı evlər niyə su altında qalıb? – Qarabağ qazisi biabirçılığı ifşa etdi - VİDEO

Bir neçə gün əvvəl Ağdamın işğaldan Azad olunan Xıdırlı kəndində məcburi köçkünlərə təhvil verilən yeni evlərin həyəti su altında qaldı. Aramsız yağan yağışlar nəticəsində həm yolları, həm də vətəndaşlara təzəcə təhvil verilən evlərdən hətta birinin hasarı aşdı. Daha sonra açıqlama verildi ki, aşan hasar bərpa olunub. Maraqlısı odur ki, suyun altında qalan həyətlərlə bağlı eyni hal bird aha baş versin deyə görülməli olan tədbirlərlə bağlı hansısa açıqlama verilmədi.
Avtosfer.az xəbər verir ki, ötən gün Ağdamın Xıdırlı kəndinə gedən Qarabağ qazisi Rey Kərimoğlu ərazidən video çəkib və evlərin hansı səbəblərdən su altında qalmasını görüntülərlə izah edib. O bildirib ki, yol eniş olduğu üçün yağış suları yol boyu aşağı axır.

“Digər tərəfdən səkinin evlərin həyətinə doğru olan hissəsində bordürlər alçaqdır və bu da suların həyətlərə istiqamətlənməsinə gətirib çıxarır. Digər tərəfdən yolun kənarı boyunca drenaj sistemi qurulmalı idi, o da yoxdur. Yolun enişli olması suyun bir həyətdən digərinə keçməsinə səbəb olur. Evlər isə cəmi 5 daş hündürlükdə olduğu üçün pilləkənlərin ətrafını su basır. Əvvəldən Şəkidə, Göygöl rayonunda yolların kənarınca drenaj xətləri çəkilmişdi. Bu yola da tətbiq edilməli idi. evlərin yola tərəf olan həyəti hündür olsa da, arxası aşağıdır. Arxadakı evlərdən də su bu evlərin həyətinə yığılır. Halbuki bu evləri tikən şirkətlər evlərin önündən, yolun kənarından dərəyə tərəf drenaj xətti çəksə, belə problem ayranmazdı. Həyətlərdə kanalizasiya lyukları var, lakin bilinmir ki, bu lyuklar yuxarıdan axan suyu çəkə bilir, ya yox”.
Qazinin bildirdiyi lyuklar isə görüntülərdən də məlum olduğu kimi, yerdən yüksəkdə quraşdırılıb. Buna görə də, həmin lyuklar həyəti su basmadan hansısa suyu çəkmək potensialına malik deyil. Digər tərəfdən, evlərin niyə enişdə tikilməsi də maraq doğuran məsələdir. Belə ki, evlər hazırlanarkən işğaldan əvvəl burada yaşayan sakinlərlə görüşmək, onlarla daha əvvəl baş verən təbii fəlakətlər barədə məlumat almaq lazım idi. Lakin tikintini həyata keçirən şirkət də, nəzarət edən dövlət qurumu da, yəqin ki, ərazi ilə bağlı sadəcə ilkin hesablamalar əsasında tikinti aparıb və nəticəsi də indi belə olub.
Mövzu ilə bağlı tikinti eksperti Vüqar Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, kanalizasiya və drenaj xətlərinin gücünün artırılması, eyni zamanda hər hansı bir tikinti işi aparlarkən ərazinin landşaftının dəqiq təhlil olunması, habelə yağış sularının miqdarının artmasının hesablanması, yəni onun nəzərə alınması mövcud hadisələrin gələcəkdə bir daha təkrarlanmamasına səbəb ola bilər.

“Bu baxımdan, hesab edirəm ki, burada - yeni işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Qarabağda çox böyük infrastruktur bərpası işləri görünür. Azərbaycan dövləti hal-hazırda öz bütün potensialını məhz işğal altında olan ərazilərin bərpasına yönəldib və belə bir vəziyyətdə təbii ki, həm təbii fəlakətlərdən, həm yağış suyunun miqdarının artmasından, həm də eyni zamanda baş verə biləcək müəyyən hesablamaların düzgün aparılmamasından problemlər meydana çıxa bilər. Lakin bu problemlər olmasın deyə, qeyd etdiyimiz istiqamətlərdə həm kollektorun, həm drenajın, həm kanalizasiyanın, yəni bütünlüklə yağış sularının istiqamətlərilməsinin və gələcəkdə baş verə biləcək təhlükələrin qarşısını almaq üçün daha preventive tədbirlərin görülməsi məqsədəuyğundur”.
Səfər
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO











