Ağdaş yolunda "protiv" gedib ölüm saçan sürücü CƏRİMƏLƏNDİ - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, qayda pozan sürücü Ağdaş rayon DYPŞ-nin əməkdaşları tərəfindən müəyyən olunub. 99-CE-494 dövlət nömrə nişanlı, "Mercedes" markalı yük maşınının sürücüsü Əzimov Rəvan Roman oğlu DYP-yə dəvət olunub. Sürücüyə müvafiq görüntülər təqdim olunub. Sürücü törətdiyi inzibati xəta ilə razılaşıb və barəsində 327.2-ci maddənin tələbi ilə protokol tərtib olunub.
_______________________________________________________________________________
Ağdaş-Göyçay yolunda qaydaları kobud şəkildə pozan yük maşınının videosu yayılıb. Avtosfer.az xəbər verir ki, 99-CE-494 dövlət nömrə nişanlı, "Mercedes" markalı yük maşınının sürücüsü əks istiqamətli yola çıxaraq təhlükə yaradıb. Qarşıdan gələn nəqliyyat vasitəsi qəzadan yayınmaq üçün yol çiyninə çıxıb. Yüksək sürətlə ötmə edən yük maşının sürücüsü isə heç nə olmamış kimi yoluna davam edib. Videonu təqdim edirik:
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












