Anasının “Range Rover”ini oğurlayan 15 yaşlı oğlan 12 yaşlı qızla gəzməyə çıxdı; atası məhkəməyə düşdü - VİDEO

Polis “Range Rover”i oğurlayıb qız dostu ilə gəzməyə çıxan yeniyetməni saxlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Krasnodar şəhərində baş verib.
Məlumata görə, Qoryaçi Klyuç kəndinin 15 yaşlı sakini anasının "Range Rover"ni oğurlayaraq 12 yaşlı qız dostu ilə birlikdə digər dostları ilə görüşmək üçün yola çıxıblar. Polis əməkdaşları patrul xidmətində olarkən Qoryachy Klyuç kəndində “Range Rover” markalı avtomobilin oğurlanması barədə məlumat alıblar. Əməkdaşlar nəqliyyat vasitəsini Kanevskaya kəndindən çıxarkən aşkar ediblər.
Onlar sürücüdən saxlamağı tələb etsələr də, o sürəti artıraraq yayınmağa çalışıb. Təqib zamanı yaxalanmamaq üçün yeniyetmə sürəti daha da artıraraq təhlükəli manevr etməyə davam edib.
Polis əməkdaşları sürücünün təcrübəsiz olduğunu nəzərə alaraq və qəza riski minimuma endirmək üçün son dərəcə ehtiyatlı davranaraq avtomobili son dayanacağa qədər təqib ediblər.
Nəticədə polis əməkdaşları 15 yaşlı sürücünü və onun 12 yaşlı qız sərnişinini saxlayıb və onları bölməyə aparıblar.
Atasının iştirakı ilə keçirilən məhkəmə zamanı yeniyetmənin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək və polisin əmrinə tabe olmama kimi inzibati ittihamlar irəli sürülüb. Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş inzibati məsuliyyət yaşına çatmadığı üçün bu ittihamlar rədd edilib.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












