"Gelandewagen"də ad gününü qeyd edən azyaşlı tapıldı - ATASI CƏRİMƏLƏNDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib.

Həmçinin avtomobili ona verən valideyni – Akif Həmidov müəyyən olunub və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Bir daha xatırladılır ki, sürücülük hüququ olmayan şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi yolverilməzdir və bu cür hallar ağır nəticələrə səbəb ola bilər. Valideynlərdən xahiş olunur ki, bu məsələdə məsuliyyətli davranaraq övladlarının həyatını risk altına atmasınlar.
***
Sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 14-HA-014 dövlət nömrə nişanlı “Mercedes G500” markalı avtomobilin sürücüsü sükan arxasındaykən doğum gününü qeyd edib. Kadrlardan aydın olur ki, o, maşınla ad günü tortuna yaxınlaşaraq üzərindəki “14” rəqəmini “15” ilə dəyişib.
Başqa vaxt çəkilmiş videoda yeniyetmə yenidən avtomobili idarə edib və həmin anlar dostu tərəfindən lentə alınıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər.
Nərmin
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO
“Güvən Rent A Car”dan şikayət: Məhkəmə qərarı var, cərimə hələ də sürücünün üzərindədir - VİDEO
Yolun ortasında hədə-qorxu gəlib maşını yumruqladı – Polis araşdırmaya başladı - VİDEO
Bakıda bu yola yeni radar quraşdırıldı: Arxadan çəkir - VİDEO
Avtomobilə 28 uşaq mindirdi, polis sürücünü cərimələdi – ŞOK HADİSƏ – VİDEO
Qəza şəraiti yaradan sürücü hələ “dərs” də keçdi: “Soldan ötmək olmaz” - VİDEO
Şamaxı-İsmayıllı yolundakı qəzanın anbaan görüntüləri - VİDEO










