Atasının maşını ilə polisdən qaçan 18 yaşlı gənc ağır qəza törətdi; dostu öldü - VİDEO

Atasının avtomobilini icazəsiz götürüb sürən yeniyetmə ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisə polis avtomobilinin kamerasına düşüb. Belə ki, 18 yaşlı oğlan atasından xəbərsiz ona məxsus “Toyota” markalı avtomobili götürərək dostuna zəng vurub və birlikdə şəhərdə gəzməyə çıxıblar. Bir müddət sonra ərazidə xidmət aparan yol polisi əməkdaşları avtomobildən şübhələnərək sürücüyə “Saxla” əmri veriblər. Lakin yeniyetmə sürəti artıraraq polislərdən qaçmağa başlayıb. O, Yenisey şosesində sükan idarəetməsini itirərək avtomobili yüksək sürətlə yol kənarındakı işıq dirəyə çırpıb. Zərbənin təsirindən avtomobil parçalara ayrılıb. Qəza nəticəsində ağır xəsarətlər alan 17 yaşlı sərnişin dünyasını dəyişib, sürücü isə xəstəxanaya yerləşdirilib. Polisin apardığı yoxlama zamanı 18 yaşlı oğlanın sürücülük vəsiqəsinin olmadığı məlum olub. Bundan əlavə, o, heç sürücülük məktəbinə də getməyib. İndi onu 12 il həbs cəzası gözləyir.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












