Avtobus zolağına görə cərimələnən mikroavtobus sürücüsü narazıdır – Qanun nə deyir? – VİDEO

Şəhərlərarası sərnişindaşıma ilə məşğul olan mikroavtobus sürücüsü cərimələndiyi üçün narazıdır. Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza müraciət edən sürücü bildirib ki, tam qanuni olaraq, fərqlənmə nişanı ilə Bakı-Quba marşurutu üzrə işləyir. Bakıda avtobus zolağına daxil olduğu üçün ona cərimə yazılıb. Sürücü iddia edir ki, fərqlənmə nişanlı mikroavtobus idarə etdiyi üçün ona cərimə yazıla bilməz.
Bəs qanunda bu necə tənzimlənib?
Qeyd edək ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi (avtobus, trolleybus, tramvay) hesab olunur.
Anlayışdan göründüyü kimi, sərnişinlərin daşınması üçün nəzərdə tutulan istənilən nəqliyyat vasitəsi yox, yalnız müəyyən edilmiş marşrut üzrə, müəyyən edilmiş dayanacaqlarla hərəkət edən avtobuslar, trolleybuslar və tramvaylar ümumi istifadədə olan nəqliyyat vasitəsi hesab edilir. Deməli, marşrut taksiləri və adi minik taksiləri, ayrı-ayrı təşkilatlara xidmət edən avtobuslar, habelə qeyri-müntəzəm (sifarişlə) sərnişin daşıyan avtobuslar ümumi istifadədə olan nəqliyyat vasitələri sırasına aid deyil.
Xatırladaq ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi həm şəhərdaxili, həm də beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirir. Bu nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydaları ilə bərabər, sərnişin daşımalarına dair digər normativ aktlarda məsələn, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli, 141 saylı Qərarı ilə təsdiq olunmuş «Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları»nda nəzərdə tutulan qaydalara da riayət etməlidirlər.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Qanunvericiliyinə görə, ümumi istifadədə olan sərnişin avtobusları üçün nəzərdə tutulmuş zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır: “Bu qadağa eyni zamanda qeyri müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslara, mikroavtobuslara, minivenlərə də aiddir. Bəzi sürücülər hesab edir ki, onların lisenziyası, fərqlənmə nişanı, digər sənədlər varsa, sərnişindaşıma ilə məşğul olursa, onlar da bu zolağa daxil ola bilərlər. Xeyr, bu, qanunsuzdur. Sizi bu halda 40 manat cərimə gözləyir. “Avtomobil nəqliyyatı haqqında” qanunda da, “Yol hərəkəti haqqında” qanunda da konkret olaraq göstərilib ki, bu zolaqlara yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən, yəni həmin marşrut üzrə hərəkət edən avtobuslar daxil ola bilər. Bizə müraciət edən vətəndaşa da burdan demək istəyirəm ki, o yol hərəkəti haqqında qanunun tələbini pozduğuna görə tamamilə qanuni əsasla cərimələnib. Yəni burada qanunsuz hər hansı bir məqam yoxdur”.
Məhəbbət Tərlanoğlu
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO












