Avtomobili iki və daha çox müxtəlif rəngə boyamaq barədə qanunvericilik nə deyir? - VİDEO

Son illərdə sürücülər arasında baş qaldıran avtomobillərini digərlərindən fərqləndirmə istəyi, yaxud insanların baxışlarını bir anda öz avtomobillərinə yönəltmə arzusu maşınlarını iki və daha çox rənglə dizayn etmələrinə gətirib çıxarır. Bu baxımdan seçilən avtomobillərə paytaxt küçələrində də rast gəlmək mümkündür. Bu yola baş vurmuş və etmək istəyən sürücülər isə qanunla nəzərdə tutulmuş halları gözə alaraq hərəkət etməlidir.
Avtomobili iki və daha çox müxtəlif rəngə boyamaq barədə qanunvericilik nə deyir?
Avtosfer.az xəbər verir ki, avtomobilin rənglənməsi barədə qanunvericilkdə heç bir standart və norma müəyyən olunmayıb. Buna görə də sürücülər idarə etdikləri avtomobilləri müxtəlif rənglərə boyaya bilərlər. Lakin bu dəyişiklikdən sonra qeydiyyat şəhadətnaməsinə düzəlişlər edilməsi üçün avtomobil Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə təqdim edilməlidir. Qanunvericiliyə görə iki müxtəlif rəngə boyanmış avtomobilin qeydiyyata alınmasından imtina edilə bilməz. Bu dəyişikliyin qeydiyyata alınması üçün 25 manat avtomobilin qeydiyyat şəhadətnaməsinə, 30 manat isə texniki müayinəyə görə dövlət rüsumu ödənilməlidir.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










