Avtomobili polisin üzərinə sürüb qaçdı, tuta bilməiyb 5 min cərimə yazdılar - VİDEO

Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün görüntüləri anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Məlumata görə, Aksaray şəhərinin Akın kənd yolunda yol polisi əməkdaşlarının keçirdikləri tədbir zamanı 68-HD-596 qeydiyyat nişanlı minik avtomobilinə “Saxla” əmri verilib.
Əmrə tabe olmayan sürücü nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürərək yolun əks istiqamətinə hərəkət edib və qaçmağa başlayıb. Avtomobillərinə minən polislər, onu təqib ediblər. Ara küçələrə daxil olaraq izini itirməyə çalışan sürücünü bir müddət təqib edən polislər sürücünün həddindən artıq sürətli, təhlükəli avtomobil idarəetməsi və qəza təhlükəsi səbəbilə təqibi sonlandırıblar.
Sürücü, polisin “Saxla” əmrinə tabe olmadığına 1506 (80 manat), yolun əks istiqamətinə daxil olduğuna 6439 (340 manat), digər hərəkət iştirakçılarını təhlükəyə atdığına görə 1507 (80 manat), ümumillikdə 95452 lirə (5040 manat) cərimələnib.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












