Avtomobilini təmiz saxlayan sürücü küçəni zibillədi - VİDEO

Avtomobilindəki zibili asfalta tulladı, daha sonra yoluna davam etdi.
Avtosfer.az xəbər verir ki, xoşagəlməz hadisənin görüntüsü 3 mart tarixində, Yasamal rayonun Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. Anbaan həvəskar videosuna düşən görüntülərdən də aydın olduğu kimi “Mercedes Benz” markalı, 10-KN-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşınını idarə edərkən digər tərəfdən yüngül tıxacın olmasını nəzərə alaraq salonundakı zibili çölə atmağı unutmayıb. Əlindəki kağızı asfalta ataraq yoluna davam edən sürücü böyük ehtimal törətdiyi əməli normal qəbul edib. Bu hərəkətə əl atan şəxslər ictimai yerləri, eləcə də yolları təmizləyən qadınların işini çətinləşdirir və çoxu “vəzifəsidir” düşüncəsi ilə yanaşaraq etdiyi davranışa haqq qazandırmağa çalışır. O sürücülərin diqqətinə çatdıraq ki, zibili atmaq üçün müvafiq yerlər var və həmin qablara çatana qədər bir müddətlik avtomobildə saxlamaq da mümkündür. Avtomobilində zibil saxlamamağa çalışan sürücümüzün timsalında digər bu hərəkətə yol verən şəxslərə bildirək ki, törətdikləri əmələ görə 40 manat cərimə onları gözləyir.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










