Avtomobillərə ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirilib - VİDEO (Yenilənib)

Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib. Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.
---- --11:25 ---- ---
Park edilmiş avtomobillərin üzərində tullanıb-düşən şəxsin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün “Sədərək” Ticarət Mərkəzində yerləşən avtoparklardan birində yaşanıb. Bununla balğı video sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, gəncin bir anda park edilmiş avtomobillərin üzərinə çıxaraq hirslə gəzərək atılıb-düşdüyü və bir yaşlı kişinin onu aşğı düşürmək istədiyi görülür. Lakin şəxs, ona çağırış edən kişiyə məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olur.
Videoda, müştərilərin avtomobillərini etibar ediyi “parkovşik” isə hadisəyə sadəcə müşahidəçi qalır.
Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












