Lənkəranda iki nəfərin öldüyü qəzanın ŞOK SƏBƏBİ; yüksək sürətlə ötüşürmüşlər - VİDEO

İki gün əvvəl Lənkəran rayonunda iki gəncin ölümü, daha bir nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Səpəkəran kənd sakini, 23 yaşlı Əliyev Fariz Ramiz oğlunun idarə etdiyi "VAZ 2107" markalı 44 CF 979 dövlət qeydiyyat nişanlı avtomobil digər minik avomobili ilə ötüşüb.
Belə ki, taksi fəaliyyəti göstərən 1999-cu il təvəllüdlü F.Əliyev digər taksi ilə Lənkərana gedən yolun Vel kəndindən gedən hissəsində ötüşərkən həmin avtomobil Farizin sürdüyü maşını sıxıb. Bu zaman saatda 130-140 kilometr sürətlə hərəkət edən avtomobillərin bir-birinə yüngül toxunması qəzaya səbəb olub. Nəticədə F.Əliyevin sürdüyü "VAZ 2107" idarəetmədən çıxaraq Vel sakinlərindən birinin həyətinin dəmir darvazasına çırpılıb. Nəticədə sürücü və sərnişini Ruslan Hüseynzadə hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin Tərlan Rəhimov isə xəstəxanaya yerləşdirilib və vəziyyəti olduqca ağır qiymətləndirilir.
Bildirilir ki, qəzada vəfat edən sərnişin Ruslan Hüseynzadə şirkətlərin birində mühafizəçi işləyirmiş.
Hadisə şahidləri bildiriblər ki, qəzadan sonra tamamilə yararsız vəziyyətdə olan avtomobilin spidometri 130-un üstündə dayanıbmış və bu da kəndin daxilində avtomobillərin həddən artıq sürətlə hərəkət etməsini göstərir.
O da bildirilib ki, qəzadan bir neçə saniyə sonra Vel kənd sakini öz evinin həyətindən içəri daxil olub və az sonra avtomobil böyük zərblə onun həyət qapısına çırpılıb.
Qeyd edək ki, hadisə vaxtı F.Əliyevin maşını ilə ötüşən digər avtomobilin sürücüsü müəyyən edilib və həmin avomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












