Avtosfer.az DYP ilə birgə Binəqədidəki piyadavurma hadisəsini araşdırdı - VİDEOREPORTAJ

Mayın 6-sı, saat 16:20 radələrində paytaxtın Binəqədi rayonu Cəfər Xəndan küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-XU-202 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilin sürücüsü 1984-cü ilə təvəllüdlü Həsənov Orxan Aydın oğlu piyada keçidindən yolu keçməkdə olan 1953-cü il təvəllüdlü Həsənova Xoşqədəm Niftalı qızını vurub. Hadisə nəticəsində piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, həyatını itirib.
Avtosfer.az saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli ilə birlikdə hadisə yerində olub və müşahidələr aparıb.
Hadisənin başvermə səbəbləri, ərazinin təhlili göstərir ki, sürücülər iki svetofor arasında sürət həddinə riayət etmir və piyada keçidinə çatdıqda sürəti azaltmırlar.
Elməddin Muradlı qeyd edib ki, bu cür hadisələrə əsas səbəb sürücülərin tələsməsi, yaxud sükan arxasında mobil telefon və digər işlərlə məşğul olmasıdır. Həmçinin ərazidə olan piyada keçidi nişanlarından birinin önünü “MedEra” hospitalının plakatı kəsir və sürücülər üçün görünüşü məhdudlaşdırır.
DYP rəsmisi isə bildirib ki, sürücülər yollarda diqqətli olmalı, qaydalara riayət etməlidirlər. Əks təqdirdə bu cür acı nəticələr qeydə alınır.
Ətraflı videomaterialda:
Orxan Əli
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












