"Avtoş"lar Bakının mərkəzində "at oynadır" - VİDEO

"5 mərtəbə" deyilən dairə yenidən "avtoş'' ların məkanına çevrilib.
Təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.
Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində ''avtoş''ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəzər Xəbər"ə deyir ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.
Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edir. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb. Qeyd edək ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlər yol verilən küçə və prospektlərə nəzarəti artırıb.
Araz Əsgərli bildirdi ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücüsü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO










