AYNA bu küçədə problemi həll etdi - Sürücülər "nəfəs" alır - VİDEO

Paytaxtın Füzuli küçəsində əvəvllər böyük bir xaosun şahidi olurduq.
Belə ki, 1 ay əvvələ qədər ərazidə manatlıq taksilər və obyekt sahibləri öz avtomobillərini parklayırdı. Bu da həm avtobus dayanacağının qarşısında, həm də Füzuli küçəsində böyük tıxaclarla nəticələnirdi.
Avtosfer.az xəbər verir ki, son günlərdə ərazidə avtobus zolağı yaradıldıqdan sonra bu yoldan istifadə xeyli asanlaşıb.
Lakin məsələ hələ də öz həllini bütövlükdə tapa bilməyib. Çünki günorta saatlarında dayanacağın ərazisi, eləcə də avtobus zolağı boş olsa da, axşam saatları ilə bağlı eyni fikri bildirmək mümkün deyil.
Fotoda da göründüyü kimi, həm avtobus, həm də digər nəqliyyat vasitələri öz yolu ilə gedir, nə onlar bir-birinə mane olur, nə də yol kənarında əvvəlki kimi park edilən maşınlar tıxac yaradır.

Axşam saatlarında çəkilən digər fotoda isə görünür ki, ərazidə yenə kimlərsə öz avtomobilini saxlmağa başlayıb. Üstəgəl bunu səkiyə paralel yox, bucaq altında ediblər.

Qeyd edək ki, AYNA indiyə kimi Bakıda 21 küçə və prospektdə avtobus zolaqları təşkil edilib. Daha 31 küçə və prospektdə bu işlər görüləcək.
Səfər Əlizadə
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












