Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur, görüntünü ala bilmirəm” - VİDEO

Aparıcı Aytən Səfərova keçirdiyi avtomobil qəzasından sonra ilk dəfə açıqlama verib. Avtosfer.az xəbər verir ki, o, yaydığı videomüraciətdə insidentdə günahkar olmadığını deyib: “Bir çoxları yazır ki, günah Aytən Səfərovadadır və məşhurdur deyə kadrlar ört-basdır edilir, bu iş sakit olacaq və s. Kadrları görmüşəm, mənim orada günahım yoxdur”.
A.Səfərova hadisə anını belə danışıb: “Səhər saat 7 radələrində işə gedirdim. 16 ildən çoxdur gedib-gəldiyim yoldur. Aydındır ki, svetofora yaxınlaşanda hər kəs sürətini azaldır. Sürətim 60-65. O sürətlə daxil oluram neytrala. Qarşıma da cip gəlir, nə gəlir. Qırmızı işıqda sürətlə dönməyi bir yana, hətta qazı basır, girir maşınım altına”.
Aparıcı qəza kadrlarının hələ də ona verilmədiyindən şikayətlənib: “O kadrları görmüşəm, istəyirəm siz də görəsiniz. Amma mən o kadrları ilk gündən əldə edə bilmirəm. Nə mən, nə də ailəm.Deyirlər, istintaq sirridir. Dövlət sirri deyil axı. Ana-balanı maşın vurur, bir-iki saata kadrlar yayılır. İstintaq gedə-gedə necə ictimailəşir? Ən azından mənə niyə verilmir? Adım niyə hallanmalıdır? O kadrları istəmək haqqımdır. Onları heç kim təqdim etmir”.
A.Səfərova məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini əlavə edib.
O, qəzada vəfat edən Ayxana Allahdan rəhmət, yaxınlarına səbir diləyib: “Onların timsalında bir dost ailə qazandıq”.
Xatırladaq ki, qəza aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospektində qeydə alınıb. A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. O, ağır xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan 2005-ci il təvəllüdlü Ayxan Əliyev vəfat edib.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən qafqazinfo-ya bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı qanunvericiliyə uyğun olaraq cinayət işi qaldırılıb: “İstintaqın gedişində müvafiq ekspertizalar təyin edilib. Hazırda araşdırma davam edir. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO
Bir il əvvəl düzənlik idi, indi nəhəng metro deposudur – Dərnəgüldə böyük DƏYİŞİKLİK – VİDEO










