Azərbaycanda benzinin qiyməti və keyfiyyəti nə vaxt düzələcək? - VİDEO

Yeni qəbul olunmuş qaydalara əsasən istehsal tarixi 10 ildən çox olan avtomobillər ölkəyə buraxılmır. İstehsal ili 10 ildən az olan avtomobillərin də 70-80 faizi "Aİ-95" benzinlə işləyir.
Avtosfer.az xəbər verir ki, SOCAR rəsmiləri 2023-cü ilin əvvəllərində “Aİ-92” benzinin keyfiyyətinin artırılacağını vəd etmişdilər. Lakin hələ ki, biz bunun şahidi deyilik. Nəzərə alaq ki, “Aİ-95” benzinin qiyməti bir çox sürücülərin büdcəsinə uyğun deyil.
Bu məsələ ilə bağlı üz tutduq SOCAR-ın mətbuat xidməti Elçin Kazımov cənablarına. “Şirkət bu məsələ ilə bağlı hansı işlər aparır, nələr planlaşdırılır?” sualına öncə “Biz səsli açıqlama verə bilmərik, sualınızı e-mail ünvanımıza yazın” deyərək söhbəti bitirdi. Sonra isə e-mail ünvanına göndərdiyimiz sualın cavab yeri günlər keçsə də, SOCAR-ın verdiyi vədlər kimi boş qaldı.
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Avtosfer.az-a bildirdi ki, ölkədə satılan “Aİ-92” markalı benzin hər bir yanacaqdoldurma məntəqələrində fərqlidir. Baxmayaraq ki, eyni mənbədən alınır, amma bəzilərində aşağı, digərlərində orta keyfiyyətlidir.
Eldəniz Cəfərov: “Ötən illər ərzındə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırmalarından belə məlum olub ki, bir sıra yanacaqdoldurma məntəqələrində “Aİ-95” markalı benzin standartlara cavab vermir. Bu gün “Aİ-92” markalı benzin isə tamamilə fərqlidir. Birində aşağı, birində orta keyfiyyətli ola bilir. Ümumilikdə isə biz deyə bilərik ki, vətəndaşlar ölkədə “Aİ-92” markalı benzinin keyfiyyətindən narazıdırlar. Bəzi YDM-larda benzinin miqdarını qaldırmaq üçün əlavə qatqılar qatılır. Bu da bir başa keyfiyyətə təsir göstərir.”
Ekspertin sözlərini də əsas götürərək onu deyə bilərik ki, dünya bazarlarına ən keyfiyyətli neftlərindən birini ixrac edən Azərbaycanda “Aİ-92” markalı benzin heç də ürəkaçan deyil. Ümid edək ki, bu problemin aqibəti suallarımızın cavabı kimi olmayacaq.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










