Azərbaycanda dəhşətli qəza: sürücünün anası şüşədən çıxaraq 10 metr kənara düşdü - REAL VİDEO
Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi barədə həm qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyəti, həm də real ölüm təhlükəsi var. Avtosfer.az olaraq dəfələrlə bu barədə maarifləndirici materiallar təqdim etmişik. Qeyd edək ki, bu materiallar təkcə sürücülər üçün deyil. Sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsi zəruridir. Təqdim etdiyimiz video ötən ilin yayında Bakı-Qazax yolunda çəkilib. Görüntü uzaqdan olsa da qəzanın baş verdiyi və sonra avtomobilin alın şüşəsindən sərnişinin çıxaraq 10 metr kənara düşdüyü görünür. Qəza nəticəsində sürücü xəsarət alıb, amma həyatını itirməyib. Çünki təhlükəsizlik kəmərindən istifadə edib. Kəmər taxmayan sərnişin (sürücünün anası) isə hadisə yerində ölüb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü anası ilə birlikdə Gürcüstandan gəlirmiş. Yolda sükan arxasında yuxulayıb və idarə etdiyi "Toyota Prado" markalı avtomobil yoldan çıxaraq aşıb.
Bir daha sürücü və sərnişinləri öz həyatlarını riskə atmamaq üçün təhlükəsizlik kəmərindən istifadə etməyə çağırırıq.
Ümid edirik ki, təqdim etdiyimiz video çoxları üçün dərs olacaq.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












