Azərbaycanlı pilot Gürcüstanda saatda 170-lə drift göstərdi - VİDEO

Gürcüstanda Beynəlxalq Avtomobil Federasiyasının təşkilatçılığı ilə “Georgian Drift Series” adlı çempionat strat götürüb.
Avtosfer.az xəbər verir ki, təşkil edilən beynəlxalq yarışlarda Azərbaycan 6 pilotla təmsil olunur. Yarışlar gələn il keçiriləcək beynəlxalq turnirə vəsiqə məqsədilə keçirilir.
Ölkəmizi uğurla təmsil edən pilotumuz Fərid Quliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, indiyə qədər davam edən sıralama turlarında 71 xal qazanıb:

“Sabahdan tandem yürüşlər başlayacaq və bu artıq onaltıda-bir (1/16) mərhələ hesab olunur. Buna səbəb xalımın bu mərhələdən başlamağa imkan verməsidir. Bu mərhələdə, təəssüflər olsun ki, ölkəmizi təmsil edən digər pilot Xəyal Ağcabəyli ilə görüşəcəm. Bu görüşdən qalib ayrılsam, növbəti görüşdə gürcü pilotla yarışacağam”.
Pilot onu da qeyd edib ki, yarışın əsas özəlliyi onun adı və yarış şərtləri ilə bağlıdır:
“Yarış “Fastest Drift” adlanır. Yəni, çox sürətli yarışdır. Driftə qədər sürət 170 kilometr-saata qədər qalxır, daha sonra əl əyləcindən istifadə edib drift zonasına özünü atmalısan. Yarışlar Rustavi şəhərindəki “İnternational Motopark”da keçirilir. Bura SSRİ dövründə tikilib və “Formula1” üçün istifadə üçün nəzərdə tutulub”.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












