Bakıda villa sahibləri dənizə gedən küçədə şlaqbaum quraşdırıblar - VİDEO - FOTO

Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.
Caliber.az-ın xəbərinə görə, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.
Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.
Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.
***
“Kütləvi İnformasiya Vasitələrində çimərliyə gedən yolu bağlamaq məqsədilə villa sahiblərinin yola şlaqbaum qoyduğuna dair yayılan məlumatlar həqiqəti əks etdirmir. Həmin şlaqbaundan sonra nəqliyyatın hərəkəti üçün heç bir yol yoxdur”.
Bunu sözügedən ərazidə yaşayan villa sahibləri bildiriblər.
Həmin ərazidə yerləşən 20 evin sahibləri bildiriblər ki, video və informasiya qərəzlidir:
“Şlaqbaundan sonra davam edən yol yalnız həmin 20 evin sakinlərinə aiddir. Son vaxtlar evimizin qarşısında yad insanlar maşın saxlayıb, yüksək səslə musiqi dinləyirdilər. Üstəlik tanımadığımız insanlar gəlib qapılarımızın ağzında maşın saxladığı üçün öz evlərimizə girib-çıxmaqda çətinlik çəkirdik. Məsələ ilə bağlı dəfələrlə ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət etmişik. Problemdən həll yolu kimi isə qonşularla birlikdə razılığa gəlib həmin hissəyə şlaqbaum qoyduq. Təkrar qeyd edirik, həmin şlaqbaum heç kimin çimərliyə getməsinə və ya ümumi avtomobil yoluna çıxışına, eləcə də ərazidə nəqliyyat vasitələrinin hərəkətinə qətiyyən maneə törətmir. Biz heç bir yolu kəsməmişik. Xahiş edirik yayılan məlumatlara aydınlıq gətirmək üçün sizə göndərdiyimiz cavabı dərc edəsiniz”.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










