Bakıda 470 min şagird eyni vaxtda dərsə gedir - Tıxacın səbəblərindən biri - VİDEO

İndi Bakıda günün istənilən saatında tıxaclara rast gəlmək olar. Ən çox sıxlıq isə orta məktəblərdə dərslərin başlama və bitmə saatlarında yaranır. Hazırda Bakı şəhəri üzrə 320 orta ümümtəhsil məktəbində 470 min şagird təhsil alır. Bu isə on minlərlə maşının eyni vaxtda yollara çıxması deməkdir. Bəs bu problem necə həll edilməlidir? Təhsil eksperti Kamran Əsədov da deyir ki, valideynlərin 80%-i şəxsi avtomobillərdən istifadə etdiyindən, dərs saatlarında sıxlıq birə-beş artır. Nəqliyyat eksperti Elməddin Muradlı isə problemin təhsil sisteminin yenilənməməsində görür. Digər alternativ yollardan biri isə....
Problemin aradan qaldırılması üçün mütəxəssislərin əsas təklifi dərslərin fərqli saatlarda başlamasıdır. Ancaq artıq bir neçə ildir ki, bu təklif müxtəlif səviyyələrdə səsləndirilsə də, reallaşdırılmır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, problemlə bağlı onlara hansısa layihə təklifi olmayıb. Nazirlik bu sahədə aidiyyəti qurumlarla işləməyə hazırdır.
Elm və Təhsil Nazirliyindən isə dedilər ki, mövcud problemlə bağlı maarifləndirmə işləri aparılıb. Ancaq problem həllini aidiyyəti qurumların birgə səyi nəticəsində tapa bilər.
Gördüyünüz kimi... Hər iki qurumun açıqlamasından belə məlum olur ki, problemin aradan qaldrılması üçün ortada heç bir layihə və ya plan yoxdur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










