Bakıda gözə görünməyən piyadanın təhlükə saçan videosu - VİDEO
Bakıda sürücüyə təhlükə yaradan piyadaların görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, günün qaranlıq saatında yolu keçmək istəyən ana və onun az yaşlı uşağı, avtomobilin ona yol verəcəyindən arxayın olaraq təhlükəli şəkildə yolu keçiblər. Sürücü yolu keçən qadına iradını bildirən zaman o, avtomobilin işığının olduğunu deyərək özünü müdafiə etməyə çalışıb.
Piyadalar yolu keçən zaman elə düşünür ki, sürücülər onları rahat şəkildə görərək yol verəcək. Bir çox hallarda bu belə olmur. Ona görə də yollarda piyada vurma halları azalmaq bilmir. Avtomobilin xarici işıq cihazları olsa da belə o, sürücüyə yaxın məsafəni görməyə şərait yaradır. Qaranlıq vaxtı süni işıqlandırma olmayan yollarda sürücünün qarşısına qəfil piyada çıxarsa onu vurmamaq ehtimalı çox aşağı olur. Piyadalara tövsiyə edirik ki, hər zaman yolu keçərkən avtomobillərin hərəkət sürətinə və sürücülərin görmə məsafəsinə qiymət verdikdən sonra hərəkətə başlasınlar.
Təbriz
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












