Bakıda hərəkətdə olan maşının qapısı qəflətən açıldı; təhlükə yarandı - VİDEO

Bakıda hərəkətdə olan avtomobilin qapısı qəflətən açılıb, sərnişin təhlükə ilə üz-üzə qalıb. Hadisə iyulun 28-də, saat 16.44 radələrində Nərimanov rayonu ərazisində baş verib. Avtosfer.az-a göndərilən videodan da aydın olur ki, Gürcüstün dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil dairəyə daxil olur. Dairədə sərt dönmə əməliyyatı zamanı arxa qapı açılır. Bu zaman sərnişin cəld reaksiya verib. Təhlükəli vəziyyət yaransa da, qapını bağlamaq mümkün olub.
Çox güman ki, sərnişin avtomobilə əyləşəndə qapını normal bağlamayıb. Sərt döngədə isə qapı öz-özünə açılıb.
Sürücülərə tövsiyyə edirik ki, diqqətli olsunlar. Avtomobilin qapılarının tam bağlandığına əmin olduqdan sonra hərəkətə başlamaq lazımdır. Sərnişinlər isə mütləq təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bunlar qanunda nəzərdə tutulan tələblərdir.
Bu videodakı situasiyada azyaşlı uşaq olsaydı maşından yerə düşə bilərdi. Təcrübəsiz başqa biri də yıxılardı.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












