Bakıda piyadalar ən çox bu ərazilərdə vurulur - SƏBƏBLƏR - VİDEO

Statistikaya görə, paytaxt yollarında baş verən qəzaların 50 faizdən çoxu piyadavurmaların payına düşür. Xüsusilə də bəzi ərazilərdə piyada keçidləri olsa da, vətəndaşlar bundan istifadə etməyərək həyatlarını təhlükəyə atır.
Amma məsələ bununla da bitmir. Bəzi ərazilərdə isə piyada keçidləri ümumiyyətlə yoxdur. Məsələn, Şıxov ərazisində Leyla Əliyevanın təşəbbüsü ilə ictimai çimərlik yaradılıb. Amma təəssüf ki, piyada keçidi yoxdur. Çimərlikdən çıxanlar yüksəksürətli yolu dəmir arakəsmələrin üzərindən tullanmaqla keçirlər. Bu da piyada ölümlərinə səbəb olur.
Ən problemli yerlərdən biri də Heydər Əliyev prospektidir. Demək olar ki, hər gün piyadavurma halları yaşanır. Bir müddət əvvəl adıçəkilən yolda ən çox piyada ölümləri olan yerlərdən birində keçid tikildi. Amma bu da kifayət etmir.
Maraqlı məqam isə Korğolu metrosu ətrafındadır. Burada yealtı keçid var. Piyadalar yolu keçə bilməsin deyə dəmir məhəccərlər də quraşdılıb. Amma bəziləri bu dəmirlərin üzərindən keçərək yola çıxır. Nəticədə qəzalar baş verir.
Buzovna-Bilgəh yolu da piyadaların daha çox vurulduğu ərazidir. İllər sonra nəhayət bir yerdə yerüstü keçid tikilib. Həmçinin Mərdəkan şossesinin Qala qəsəbəsinə gedən hissəsində də piyadavurmalar çox olurdu. Bugünlərdə orda da keçidin tikintisinə başlanılıb.
Neftçilər prospekti, Azneft dairəsi piyadaların xəsarət aldığı yerlərdəndir. Dənizkənarı Milli Parka keçmək istəyənlər burada yolu qaçaraq keçir. Xüsusilə günün qaranlıq saatlarında sürücülərə ciddi problem yaradır. Avtosfer.az piyadaların yolu keçməsi ilə bağlı videolardan ibarət çarxı təqdim edir. Buna baxıb siz analoji addım atmayın.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












