“Bakubus“ sürücüsü sərnişinlərin başına oyun açdı: yaşlı qadının halı PİSLƏŞDİ - VİDEO

Bu gün səhər saatlarında paytaxtda “BakuBus” MMC-yə məxsus avtobusda sürücü ilə sərnişin arasında insident yaşanıb.
Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonu İnşaatçılar prospektində qeydə alınıb. İddialara görə, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü yaşlı qadını nəqliyyat vasitəsindən düşürüb. Bu barədə bloger Azadə Həsənova sosial şəbəkə hesabında video paylaşaraq bildirib. O qeyd edib ki, avtobusun dolu olması səbəbindən qadın arxa qapıdan minib. Avtobusdakı sərnişinlər yaşlı qadına yer versələr də, sürücü arxa qapıdan minməyin qaydalara zidd olduğunu bildirib və qadın düşmədiyi halda avtobusu idarə etməyəcəyini deyib.
Hadisə zamanı qadının halı pisləşib və o, avtobusu tərk etməyə məcbur qalıb. Digər sərnişinlər isə vəziyyətə etiraz edərək “102” xidmətinə müraciət ediblər. Bundan sonra sürücü nəqliyyat vasitəsini idarə etməyə davam edib.
İnsidentin davamında sürücü “Gənclik Mall” yaxınlığında dayanacaqda saxlamalı olduğu halda hərəkətə davam edib və ticarət mərkəzinin digər çıxışında avtobusu saxlayaraq sərnişinlərə “Bu avtobus işləmir” deyərək düşmələrini tələb edib.
Şahidlərin sözlərinə görə, hadisədən sonra həmin sürücü digər avtobus sürücüsünə “bu sərnişinləri arxadan mindir” deyib. Digər sərnişinlər isə ona irad bildirərək “bir az əvvəl qaydalardan danışırdın, indi isə arxadan minsinlər deyirsən” cavabını veriblər.

Məsələ ilə bağlı “BakuBus” MMC-nın mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az saytında açılamasında bildirib ki, bu gün saat 08:00–09:00 radələri arasında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib:
“Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması video müşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, video görüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir.
Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcəkdir”.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












