Bank "VTB" yolu kəsərək özünə qanunsuz parkinq yaradıb - ŞİKAYƏT - VİDEO

Yolun hərəkət hissəsinin qanunsuz zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə müraciət edib. Videogörüntünü qeydə alan oxucu bildirir ki, paytaxtın Xətai rayonu 38 ünvanında yerləşən Bank "VTB"nin əməkdaşları yolun hərəkət hissəsinə qanunsuz olaraq dəmir maneələr quraşdırıb. Avtosfer.az xəbər verir ki, bu maneələri quraşdırmaqla bankın qarşısını qanunsuz parkinqə çeviriblər. Oxucu bildirir ki, məsələ ilə bağlı həm AYNA-ya, həm də Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edib.
Qanunvericiliyə görə, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsi, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılması qadağandır. Bu əməlin törədilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsilə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












