Birtərəfli yolda əks saxlayan sürücü avtomobilləri çaşdırdı - VİDEO

Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq dayanma-durma qaydalarına məhəl qoymayan sürücülər getdikcə çoxalır və artıq piyada səkisi ilə kifayətlənməyib birbaşa avtomobil yolunda saxlayanlar da artıb. Elə paylaşdığımız video da məhz bu mövzunu işıqlandırır.
Avtosfer.az xəbər verir ki, həvəskar kamerasına düşən görüntülərdən aydın olduğu kimi yolun ortasında saxlayan maşın sürücülərin hərəkətinə mane yaradıb. Paytaxtın mərkəzi küçələrindən birində cərəyan edən videoya diqqət etsək görərik ki, dayanma-durma qaydasına məhəl qoymayan sürücü birtərəfli yola əks istiqamətdə dayanıb. Avtomobilinin işıqlarını yandıraraq sükan arxasında olduğuna işarə edən şəxs bir neçə dəqiqə burada dayanaraq maşınların yolunu kəsib və onlar məcbur digər zolağa keçərək davam etmək məcburiyyətində qalıblar. Eyni anda iki qayda pozuntusuna əl atan sürücüyə bildirək ki, dayanma-durmanı pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə 20 manat, həmçinin birtərəfli yolun əks istiqamətinə çıxdığı üçün 327.4 maddəsinə əsasən, 4 bal, 100 manat cərimə ödəməlidir.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










