Bu binaların həyətində təmir işləri başdansovdu aparılıb - Panduslar istifadəyə yararsızdır - VİDEO

Paytaxtın İnşaatçılar prospekti 122 və 134 ünvanlarındakı panduslar düzgün qurulmayıb. Avtosfer.az-ın məlumatına görə, bir müddət əvvəl sözügedən ərazilərdə təmir işləri aparılıb. Belə ki, binaların həyətində yollar yenidən asfaltlanaraq nişanlar çəkilib, pilləkənlər, panduslar quraşdırılıb.
Lakin pandusların yanlış formada qurulması piyadaların rahat şəkildə hərəkətinə əngəl törədir, hətta qəzaların baş verməsinə gətirib çıxara bilər. Görüntülərdən aydın olduğu kimi, olduqca yüksək bucaq altında quraşdırılan panduslarda pilləkən yoxdur. Nəticədə fiziki məhdudiyyətli, eləcə də uşaq arabasıyla hərəkət edən piyadalar çətinlik yaşayırlar. Xüsusilə əlverişsiz hava şəraitində panduslardan istifadə mümkünsüz hala gəlir. Eyni zamanda asfalt nahamar şəkildə vurulub.
Qeyd edək ki, binaların Müdafiə Nazirliyinin balansında olduğu deyilir. Təmirin isə hansı qurum tərəfindən aparıldığı bəlli deyil.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












