Bu küçədə svetoforun birini artıq qoyublar – Lazımsızdır - VİDEO

İşıqforlar hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin edir. Paytaxtda çoxlu svetofor var və onlar sürücü və piyadaların hərəkətini nizamlayır. Lakin təəssüf ki, bəzi yerlərdə ehtiyac olmasına baxmayaraq nizamlayıcı qurğular təşkil edilməyib.
Avtosfer.az Yasamal rayonu İnşaatçılar prospektində Dövlət Statistika Komitəsinin qarşısındakı yoldan videoreportaj hazırlayıb. Məlum olub ki, yolda birinci işıqfor həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini nizamlayır. Lakin təxminən 20 metr öndə daha 3 işıqfor quraşdırılıb. Bu da həm avtomobillərin hərəkətində nizamsızlıq, həm də ləngimə yaradır. Həmçinin bir çox yerlərdə işıqforlara ehtiyac olmasına baxmayaraq nədənsə sözügedən ünvana nə az, nə çox əlavə 3 işıqforlar quraşdırılıb.
Maraqlısı odur ki, bu qurğuların burada quraşdırılmasının məntiqli açıqlaması yoxdur. Çünki ilk işıqfor onsuz da hərəkəti dayandırır ki, kəsişmədəki avtomobillər rahat hərərkət edir. Bəs görəsən ikinci yerdəki işıqforlar niyə var? Ən yaxşı halda buradakı svetoforun biri artıqdır və götürülməlidir.
Məhəbbət Tərlanoğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












