Bu küçədə yol nişanlarının önünü ağaclar kəsib, piyada keçidi isə... - VİDEO
Paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsində ciddi problemlər var. Avtosfer.az xəbər verir ki, küçənin Əli Vəliyev küçəsi ilə kəsişməsində yol nişanlarının önünü ağaclar kəsib. Ərazidə "stop" və "piyada keçidi" nişanları olsa da sürücülər bunu görə bilmir. Nəticədə yol-nəqliyyat hadisələri və piyadavurmalar baş verir.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı və Bakı Şəhər DYP İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli küçədəki problemlərdən danışıb. Bildirilib ki, dəfələrlə aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq nişanların önünü kəsən ağaclar budanmayıb. Həmçinin küçədə səki problemi var. Piyada keçidi olsa da səki mövcud olmadığından piyadalar yolun hərəkət hissəsi ilə getməyə məcbur olur.
Ətrafda isə əhalinin sıx məskunlanması burada təhlükəni ikiqat artırır. Sakinlər qeyd edir ki, yolda tez-tez qəzalar baş verir və piyadavurma halları mövcuddur.
Avtosfer.az həmin küçədən hazırlanmış videosujeti təqdim edir:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










