Bu prospektdə piyada keçidi üzü günə qalıb - Uşaqlar belə avtomobillərin üzərinə şığıyır - VİDEO

Yaxınlıqda yerləşən yerüstü keçidi gözardı etdilər, özləriylə yanaşı uşaqlarını da təhlükəyə atdılar.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən video 8 Noyabr prospektində qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntülərdən də aydın olduğu kimi bir qrup şəxs avtomobillərin hərəkətinə məhəl qoymamaq bir kənara, bir neçə metr kənarda olan keçidi də görməzdən gəliblər. Yolda maşın azlığını görən kimi də zolaqdan zolağa keçid edən piyadalar avtomobillərin qarşısına keçərək onlara yol vermələrinə cəhd ediblər. Nəzərə alsaq ki, avtomobillərin yaranan vəziyyətə toleranslığı dəyişir, o zaman maşınını saxlamağa heç bir əsas olmur. Videoya diqqətlə baxsaq uşaqların da çəkinmədən yola atıldığını və valideynlərin də bunu normal qəbul etdiyini görürük. Təbii ki, uşaq valideynin etdiyi hərəkətə baxaraq ondan nümunə götürür. Təəssüf ki, piyada ölümünə səbəb olan qəzalar sırasında özlərinin də günahkar olduqları hallar var. Bu məqsədlə üzümüzü onlara tutaraq yoldan keçərkən diqqətli davranmalarına və yaradılan təhlükəsiz seçimdən istifadə etmələrinə səsləyirik.
Nərmin Əkbər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










