Bu sığorta betonqarışdıran maşının qəzasını 400 manat qiymətləndirir - VİDEO

Təxminən 2 ay əvvəl qəza keçirən yük avtomobilinin sürücüsü sığorta şirkətindən narazıdır.
Nəqliyyat vasitəsinə1500 manat ziyan dəysə də, şirkət məbləğin 400 manat olduğunu bildirir.
Onun sözlərinə görə, fevralın 18-də Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində idarə etdiyi betonqarışdıran avtomobilini qarşıdan gələn başqa bir minik maşını vurub. Nəticədə iritonnajlı avtomobilə ziyan dəyib.
Daha sonra sürücü nəqliyyat vasitəsinin sığorta olunduğu ''Xalq Sığorta'' şirkətinə bu barədə məlumat verib. Vətəndaş iddia edir ki, şirkətin əməkdaşı hadisə yerinə gəlməyib, avtomobilin fotosunu çəkərək ona telefon vasitəsilə göndərməsini bildirib.
Sığorta şirkətinin müəyyən etdiyi məbləğlə razılaşmadıqda isə Fikrət Həsənova təklif olunub ki, nəqliyyat vasitəsini şirkətin servis mərkəzinə aparsın. Mərkəzdən isə bildirilib ki, avtomobilin təmir edilməsi üçün 400 manatdan çox pul lazımdır.
Fikrət Həsənovun istədiyi odur ki, ya dəymiş ziyana görə 1500 manat ödənsin, ya da avtomobil şirkətin servis mərkəzində təmir edilərək saz vəziyyətə gətirilsin.
“Xəzər Xəbər” vətəndaşın iddiaları ilə bağlı ''Xalq Sığorta'' şirkəti ilə əlaqə saxlayıb. Ancaq şirkət məsələyə heç bir münasibət bildirməyib.”
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










