Bu yolda dayanma-durma qadağan edilməlidir – Təhlükə var - VİDEO

Bakının Yasamal rayonu ərazisində hərəkətin təşkilindəki qüsur və bəzi sürücülərin özbaşınalığı təhlükəli vəziyyət yaradır. Avtosfer.az xəbər verir ki,
Abdulla Şaiq küçəsindən Süleyman Tağızadə küçəsinə çıxmaqla (Hüseyn məscinin yanı) Nərimanov propektinə qalxarkən sərt yoxuş var. Burada hərəkət həm də ikitərəflidir. Yoxuşu qalxıb Nərimanov prospektinə daxil olmaq istəyərkən sağdakı binanın qarşısında maşınlar park edildiyi üçün birbaşa hərəkət mümkün olmur. Üstəlik, “Mecedes” markalı, 10-ME-800 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kimi, bəzi sürücülər ikinci cərgədə dayanaraq vəziyyəti daha da ağırlaşdırırlar. Belə olan halda yoxuşu qalxan maşınlar soldan gələn maşınların yoluna çıxmamaq üçün dayanmalı olurlar ki, bu da daha təhlükəli vəziyyət yaradır. Belə ki, həmin yolda dəfələrlə xoddan yatan avtomobillər qəflətən geriyə gedərək arxadakı maşınlarla toqquşur. Ən yaxşı halda isə sönülü halda dayanıb yolda tıxac yaradırlar.
Avtosfer.az təklif edir ki, həmin ərazidə dayanma-durma qadağan edilməli, yoxuşu qalxan avtomobillərin Nərimanov prospektinə birbaşa daxil olması üçün solda kiçik adacıq çəkilməlidir ki, soldan gələnlər tam sağa çıxmasın. Belə olan halda bir-birinə maneə yaratmadan nəqliyyat axını daha təhlükəsiz şəkildə təmin edilə bilər.
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












