Çindən "Jetour" avtomobili gətirənlər bunu biməlidir - VİDEO

Son illərdə Çin və digər ölkələrdən qeyri-rəsmi şəbəkələr vasitəsilə ölkəmizə avtomobillər gətirilir. Hətta bu maşınlara "zəmanət" verənlər də var. Alıcı isə düşünür ki, əgər ölkədə bu avtomobilin servisi və rəsmi satış yeri varsa hər hansı problemlə üzləşdikdə ora müraciət edəcək və işi həll olunacaq. Təbii ki, servis qiymətindən nisbətən ucuz avtomobil əldə etdiyinə görə alıcı çox sevinə bilmir. Elə ilk nasazlıq zamanı ciddi problemlə üz-üzə qalır. Belə ki, servisə müraciət etsə də məlum olur ki, onun əldə etdiyi avtomobil Azərbaycan bazarı üçün deyil. Məsələn, bütün parametrlər Çin və ya digər ölkə üçün nəzərdə tutulub.
Çünki avtomobil istehsalçıları idxal etdikləri maşınları ölkələrin iqlim şəraiti, yolları və s. parametrlərə uyğun hazırlayırlar. Xüsusilə yanacaq və onun keyfiyyəti burada əsas rol oynayır.
Odur ki, qeyri-rəsmi yolla avtomobil gətirən şəxs servisə müraciət etsə də detallar, ehtiyyat hissələri uyğun gəlmir. Nəticədə ya avtomobili geri qaytarmalı, ya da aylarlara yeni detalı gözləməli olurlar.
Jetour Azərbaycanın satış müdiri Fərhad Seyidzadə bildirir ki, rəsmi qaydada əldə olunmayan Jetour avtomobillərinə zəmanət verilmir və onlar servisə qəbul edilmir. Ən çox isə dil menyusunda problem problem yaranır. Müştəri Çin bazarı üçün istehsal olunan maşını alır və dili dəyişə bilmir. Fərhad Seyidzadə onu da əlavə edib ki, Jetour Azərbaycan bu cür avtomobilləri servisə qəbul etmir. Hətta onlara ehtiyyat hissələri də satılmır. Jetour-dan rəsmi qaydada alınan avtomobillərə isə 6 il və ya 150 min km rəsmi zəmanət verilir ki, nəticədə hər bir avtomobil sahibinə qeyd olunan bütün xidmətlər göstərilir.
Ətraflı videomaterialda:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












