Dayanma-durmanı qadağan edən nişan yoxdur, amma sürücülər cərimələnir - VİDEO

Bakıda dayanma-durma qaydasını pozmayan sürücülər cərimə olunur. Bu barədə oxuculardan biri redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən gedir. Oxucu bildirir ki, Allahyar Nəsibov küçəsindən sola – C.Məmmədquluzadə küçəsinə dönən sürücülər üçün dayanma-durmanı qadağan edən nişan olmadığı üçün sürücülər avtomobillərini yolun sağ kənarında park edirlər. Lakin yol polisi əməkdaşları həmin sürücülərə cərimə yazır və əsas gətirərək bildirirlər ki, C.Məmmədquluzadə küçəsinin başlanğıcında (Bakıxanov prospektinin kəsişməsindən başlayaraq) dayanma-durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb.
Qeyd edək ki, C.Məmmədquluzadə küçəsinin başlağıcında quraşdırılmış 3.27 nişanı yolayrıcında, yəni Allahyar Nəsibov küçəsi ilə kəsişmədə qüvvəsini itirir. “Yol hərəkəti haqqında” qanunda bununla bağlı müddəa da öz əksini tapıb. Belə ki, 64-cü maddəsinin VI hissəsində qeyd olunub ki, 3.27 nişanını qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər qüvvədədir.
Leyla
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












