Dəhşətli qəza: “Ferrari” ikiyə bölünərək yandı, model və DJ yanaraq öldü – FOTO + VİDEO

İtaliyada 21 yaşlı ukraynalı model Anna Kraevskaya və “Dj Style Q” kimi tanınan kosovalı Qisni Kestay dəhşətli yol qəzasında vəfat ediblər.
Avtosfer.az xəbər verir ki, hadisə martın 31-də İvrea və Santiya bələdiyyə ərazilərini birləşdirən avtomagistralda baş verib.
Məlumata görə, Kestay İsveçrədə yerləşən “Jukebox” klubunda gecə çıxışından sonra Anna ilə birlikdə Milana qayıdan zaman idarə etdiyi “Ferrari GT C4” markalı avtomobillə hərəkətdə olarkən yolun yağışlı və sürüşkən olması səbəbindən sükan idarəetməsini itirib, idarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir arakəsmələrə çırpılıb. Zərbənin təsirindən avtomobil iki hissəyə bölünərək yanıb. Qəza nəticəsində model və 40 yaşlı Kestay yanaraq hadisə yerində ölüblər.
Yerli prokurorluq əməkdaşları, yanaraq tanınmaz vəziyyətə düşən meyitlərin şəxsiyyətini DNT testi vasitəsilə müəyyən ediblər.
Qeyd edək ki, bir çox xarici media portallarında avtomobilin 200 km/saatla, hətta 300 km/saatla idarə olunduğu və bu səbəbdən sürücünün sükan idarəetməsini itirməsi səbəbindən qəzanın baş verdiyi iddia edilir.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












