İki avtomobil “Toyota”nı əhatəyə alıb 6,5 milyonu apardılar - VİDEO

Rusiyanın paytaxtı Moskvada şəhər sakininin yolun hərəkət zolağında qarət olunma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, insident yanvarın 13-də axşam saatlarında Şərqi Birüleve rayonunda baş verib.
Kadrlarda, qara rəngli minik maşınının gümüşü “Toyota”nın qarşısını kəsdiyi, sonra da arxadan gələn daha bir maşının onu vuraraq əhatəyə aldığı və salondan çəkic tapança ilə silahlanan 4 nəfərin düşdüyü görülür. Ardınca “Toyota”ya yaxınlaşan cinayətkarlar avtomobilin şüşəsini sındıraraq arxa oturacaqdan içərisində 6,5 milyon (180.700 Azn) rubl olan çantanı götürdükdən sonra qara maşına minərək hadisə yerindən qaçaraq uzaqlaşıblar.
31 yaşlı zərərçəkənin müraciəti əsasında əməliyyat-axtarış tədbirlərinə başlayın polis cinayətkar qrupun üzvlərini Orenburq, Sankt-Peterburq və Moskva ətrafında yaxalayıblar. Lakin onlar saxlanılmadan əvvəl oğurladıqları pulları xərcləyiblər.
Bildirilir ki, şübhəlilərin hamısı Orta Asiya ölkələrindən olan vətəndaşlardır.
Hazırda faktla bağlı təhqiqatlara başlanılıb.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












