İçərisində avtomobillər olan cərimə meydançası DYP-nin deyil? - VİDEO

İçərisində onlarla avtomobil olan cərimə meydançası sahibsiz qalıb.
Paytaxtın Binəqədi şosesi 53 ünvanında yerləşən cərimə meydançasındakı avtomobillərə sahib çıxan yoxdur.
Uzun müddətdir buranın mühafizəçisi işləyən Elsevər Bağırov deyir ki, 1 ay əvvəl meydançanın yeri dəyişdirilsə də, avtomobilləri aparan olmayıb. Buranın cərimə meydançası kimi fəaliyyət göstərməsini əks etdirən müqavilənin müddəti isə aylar əvvəl bitib.
Mühafizəçi Elsevər Bağırov vaxtını maşınların yanında boş yerə sərf etməkdən şikayətçidir. O deyir ki, hazırda işinə görə maaş almır. Ancaq qorxusundan ərazini tərk etmir ki, meydançada oğurluq hadisəsi baş versə onu ittiham edə bilərlər.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi idarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan avtodayanacaq Baş Dövlət Yol Polisi idarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin balansında deyil.
Bu səbəbdən də meydançadakı avtomobillərin aqibətinin necə olacağı qeyri-müəyyən olaraq qalır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










