İcra hakimiyyətləri və bələdiyyələr cinayət törədir – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Bakının əksər məhəllələrində sakinlərin istirahət, uşaqların oyun meydançaları çox vaxt ya avtomobillər tərəfindən zəbt olunur, ya da tikinti zamanı belə əraziləri ümumiyyətlə nəzərə alınmır.
Nizami rayonu Əli Vəliyev 9 və 9A binalarının arasında yerləşən ərazidə də oxşar vəziyyət yaranıb. Binalardan biri sovet dövründə tikilsə də, 2006-cı ildə istifadəyə verilən göydələnin tikintisi zamanı məhəllə sakinlərinin qismən də olsa, sadəcə parklanma yeri nəzərə alınıb. Məhz bu səbəbdən məhəllədə belə mənzərə yaranıb.

Məsələ ilə əlaqədar Avtosfer.az saytına açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın aparıcı tikinti şirkətləri arasında qardaş ölkə Türkiyənin də müəyyən payı var. Lakin elə Türkiyənin özündə də binalar tikilərkən uşaqların əyləncə, sakinlərin istirahət əraziləri nəzərə alınmır, parklama əraziləri ya ümumi yyətlə olmur, ya da daha kiçik ərazini əhatə edir.

"Azərbaycanda da eyni vəziyyət yaranıb artıq. Sahibkar çalışır ki, aldığı gecəqondular, 2-3 mərtəbəli binaların ərazisindən maksimum istifadə etsin və belə olan halda da o ərazinin hər santimetrindən istifadə edir. Çünki uzun müddət idi ki şəhərin Baş Planı yox idi və heç kim də bu sənədə əməl etməyi ələb etmirdi. Amfiteatr formasında dizaynlaşdırılmış Bakıdan artıq əsər-əlamət qalmayıb. Dənizdən şəhərə abxanda bərbad bir mənzərə görünür. Bu şirkətlər daha çox bina tikib daha çox qazanc əldə etməyin arxasınca düşdüyü üçün hətta uşaq meydançalarını da zəbt edirlər".
Ekspert vurğulayıb ki, sovet dövründə tikilən binaların arasındakı məsafə o qədər böyük olurdu ki, burda uşaqların əylənə biləcəyi ərazi də nəzərə alınırdı.
"İndi isə bu sahibkarlar o qədər harınlayıb ki, 6-7 binanın ortasında salınan məhəllədə ya əlavə bir bina, ya bir restoran, iaşə obyekti tikirlər. Belə özbaşınalıqlar kifayət qədərdir. Rayon icra hakimiyyətləri, bələdiyyələr bu istiqamətdə cinayətlə məşğul olurlar. İctimai nəqliyyat normal vəziyyətdə olmadığına görə insanlar da fərdi avtomobil sahibi olmağa meyilləndi. Ən böyük problemlərdən biri də Azparkinq məsələsidir. Bir çox şəhər sakini bina parklama qiymətlərinin baha olması səbəbilə bina sakini olmasa belə avtomobilini saxlamaq üçün hansısa məhəlləyə üz tutmalı olur. Belə halalr davam etdiyi üçün insanlar çalışır məhəllələri şlaqbaumla bağlasınlar. Bu isə qanunsuzdur. Yalnız müəyyən dövlət qurumları ilə razılaşdırılmaqla xüsusi mühafizə tələb edən binaların, ərazilərin qarşısında quraşdırılmalıdır".
Ekspert sonda onu da vurğulayıb ki, bu problemin yaxın gələcəkdə həll olunması mümkün deyil və şəhərin Baş Planına riayət edilmədiyi halda biz 2040-cı ilə qədər daha bərbad Bakının şahidi ola bilərik.
Səfər Əlizadə
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












