“Koroğlu” metrosu ətrafında bitməyən xaos - Ekspert həlli yollarını AÇIQLADI - VİDEO

Aprelin 23-ü axşam saatlarında “Koroğlu” metrostansiyasının ətrafında insan sıxlığı yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, polis əməkdaşlarının gördüyü tədbir nəticəsində “manatlıq taksi”lərin əraziyə daxil olması məhdudlaşdırılıb. Bu isə, həmin avtomobillərdən istifadə edən insanların ərazidə xaos yaratmalarına və yolun hərəkət hissəsində dayanmalarına səbəb olub.
Xüsusilə Bakıətrafı kəndlərin sakinləri gündəlik olaraq “manatlıq taksi”lərdən istifadə edir. Metronun ətrafından Bakı kəndlərinə hərəkət edən ictimai nəqliyyat vasitələri olsa da, insanlar avtobus sayının kifayət qədər olmadığını və müəyyən interval əsasında işlədiyini vurğulayırlar. Məhz bu səbəbdən onlar taksilərə üz tutaraq mənzil başına daha tez və rahat şəkildə çatdıqlarını bildirirlər.
Hadisə şahidlərinin iddiasına görə, dünənki sıxlıq zamanı taksi sürücüləri yaranmış fürsətdən istifadə edərək qiymətlərdə süni şəkildə dəyişiklik ediblər. Belə ki, sərnişinləri adambaşı 1 manata aparan sürücülər qiyməti 2-3 manata qaldırıblar.
Nəqliyyat məsələləri üzrə ekspert, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov mövzuyla bağlı Avtosfer.az-a açıqlama verib. O, bildirib ki, “Koroğlu” metrosu ətrafındakı sıxlıq məsələsi hər zaman aktual olan və ciddi problemdir. “Məsələni həll etmək üçün analiz aparmaq lazımdır. Sərnişin axınını lazımi üsullarla təyin edərək avtobusların sayı müəyyən olunmalıdır. Bu nöqteyi nəzərdən vaxtilə orada müəyyən işlər görülmüşdü. Keçmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə mübadilə mərkəzləri yaradılmışdı. Hətta açılışında Prezident və aidiyyəti qurumların rəsmi nümayəndələri də iştirak etmişdi. Lakin sərnişin axını zamanla dəyişdiyi üçün yenidən problemlər meydana gəldi. Təbii ki, illərdir mövcud olan bu problemi tez zamanda həll etmək mümkün deyil.”
F. Eyyubov bildirib ki, bu baxımdan əsas məsuliyyət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) üzərinə düşür. “Bakı kəndlərinin və şəhərkənarı qəsəbələrin sakinlərinin sayı müəyyən edilərək şəhərətrafı və şəhərdaxili daşımalar üçün marşrut xətlərinin sayı artırılmalıdır. Düzdür, bu tədbir bir müddət insan sıxlığını azaltsa da, onların tələbatını ödəsə də müəyyən dövrdən sonra sərnişin axının dəyişməsiylə əlaqədar yenidən problem yarada bilər. Bu baxımdan “Koroğlu” metrosunun arxa tərəfində yerləşən boş sahədən yararlanmaq məqsədəuyğundur.”
Ekspert hesab edir ki, həmin ərazidə “Gənclik” metrosu ətrafında mövcud olan mübadilə mərkəzi yaratmaq olar. “Avtobusları boş əraziyə köçürərək sonuncu dayanacaq yeri kimi insanların istifadəsinə vermək problemin həllinə kömək edə bilər. Bütün bu məsələləri kompleks şəkildə analiz etmək və daha sonra ona uyğun tədbirlər görmək lazımdır. Dinamik proseslərə uyğun olaraq bu problem həll olunmalıdır. Sıxlığın yaranmasına səbəb olan əsas nöqsan aşkarlanmalıdır və hansı nöqsanlar daha böyük təsir dairəsi yaradırsa onları aradan qaldırmaq önəmlidir. Zamanla digər problemlər də yavaş-yavaş həll olunan böyük nöqsanların içində yox ola bilər”.
Nərmin
Əks yola çıxıb yanacaq daşıyan maşınla toqquşdu - VİDEO
Fastfud restoranlarındakı qiymət və xidmət keyfiyətdən razısız? – SORĞU - VİDEO
“BMW” ilə sürücünün yolunu kəsərək təhqir etdi – 10-ZO-063 - VİDEO
Skuterlə təhlükə yaradan azyaşlının valideynləri bölməyə çağırıldı - VİDEO
Kuryer qadın sürücünün qarşısını kəsib döydü, başqa sürücü də onu əzişdirdi - VİDEO
Xanım sürücü qazla tormozu səhv salıb 13 yaşlı uşağı vurdu - VİDEO
Yaşayış zonasında “hoqqa” verən yeniyetmə sürücü qəza törətdi - ANBAAN VİDEO
Qadın sürücü "Range Rover"i aşırdı; xəsarət alanlar var - Bakı-Qazax yolunda qəza – VİDEO
Binanın girişini bağlayan şəxs xanım sürücü imiş - Sakinlər maşınsız qaldı - VİDEO
Sürət yarışına çıxan sürücülər yolu bir-birinə qatdı - VİDEO
“Land Rover”lə toqquşmamaq üçün sürücü maşını bordürə çırpdı, sonra… - VİDEO










