“Lapatka” ilə avtomobillərə hücum edib 5 maşına ziyan vurdu – Cinayət işi açıldı - VİDEO

Polis yol işçilərinə və yoldan keçən avtomobillərə bellə hücum edən sərxoş sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tver vilayətində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.
Məlumata görə, M-9 "Baltiya" magistral yolunun 215-ci kilometrliyində sərxoş vəziyyətdə olan krossover sürücüsü idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb. Qəzada yaxınlıqda çalışan yol işçilərini günahlandıran sürücü aqressivləşərək onların üzərinə hücum çəkib.
Əlinə bel götürən şəxs əvvəlcə işçilərə məxsus mikroavtobusun bütün şüşələrini sındırıb. Bununla da sakitləşməyən sürücü yola qaçaraq aləti hərəkətdə olan digər avtomobillərə tərəf atmağa başlayıb.
Xoşbəxtlikdən insident zamanı xəsarət alan olmayıb, lakin yoldan keçən 5 avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn polis əməkdaşları xuliqanı tərksilah edərək saxlayıblar. Hazırda o, müvəqqəti saxlama təcridxanasına salınıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs əvvəllər də məhkum olunub. Faktla bağlı həmin şəxs barəsində "Xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












