Marşrutun arxa qapısından yıxılan qadının – VİDEOsu

Türkiyənin Karabük vilayətində 2 gün əvvəl hərəkətdə olan sərnişin avtobusunun qapısından yıxılaraq ağır yaralanan qadın müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 24-də Yüz il məhəlləsində qeydə alınıb. Məlumata görə, Fərhad A.-nın idarə etdiyi 78 DA 958 qeydiyyat nömrəli marşrut avtobusunda sərnişin qismində olan Satiyə Yılmaz, avtobusun döngədə döndüyü zaman arxa qapının açılması nəticəsində əlində bazarlıq sellofanlarla yerə yıxılıb. Ağır xəsarətlər alan Satiyə Yılmaz, hadisə yerinə çağırılan ambulansla dərhal xəstəxanaya çatdırılaraq müalicə olunması üçün palataya yerləşdirilib.
Hadisə yerində polis əməkdaşlarının ilkin araşdırmalarında, avtobusun arxa qapısının çürüməsi nəticəsində qapını tutan oxun qopduğu, məntəşədən ayrılaraq yerindən çıxdığı və bu səbəblə də qapının açıldığı müəyyən olunub.
Bundan sonra avtobus geniş araşdırılması üçün avtodayanacağa aparılıb. Sürücü və marşrut xəttinin sahibləri hüquq müdafiəçiləri tərəfindən saxlanılıb.
Xəstəxanada müalicəsi davam etdirilən 3 uşaq anası Satiyə Yılmaz, dekabrın 26-da axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Satiyə Yılmazın ölümü ilə bağlı həbs edilən avtobus sürücüsü F.A. ilə marşrut xəttinin sahibləri O.D. və C.A., hakim qarşısına çıxarılaraq sınaq tədbiri ilə sərbəst buraxılıblar.
İstintaq davam edir.
Namiq Musayev



Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












