"Mercedes" və "Prius" toqquşdu: günah kimdədir? - VİDEO
Paytaxtın Nizami rayonu, Əli Vəliyev küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşları qəzadan sonra avtomobillərin və yolun vəziyyətini araşdırıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisənin baş vermə səbəblərindən danışıb. O, bildirib ki, burada əsas məsələ sürücü məsuliyyətsizliyidir.
Belə ki, Əli Vəliyev küçəsinə çıxan ikinci dərəcəli yolda stop nişanı qoyulsa da "Mercedes" markalı avtomobilin sürücüsü nişanın tələblərinə riayət etməyib. Nəticədə soldan gələn "Toyota Prius" markalı avtomobilin yoluna çıxıb. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn DYP əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyiblər.
Avtosfer.az hadisə yerində hazırlanmış videomaterialı təqdim edir:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










