Məşhur müğənni qaydaları pozub qəzaya səbəb oldu - VİDEO

Türkiyəli məhşur pop müğənni Sinan Akçıl yol qəzasına səbəb olub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib.
Belə ki, Akçıl çıxış edəcəyi konsert zalına gedən zaman hərəkətin intensiv olduğu və piyada keçidinin olmadığı hissədə anidən yolu keçmək istəyib. Bu zaman hərəkətdə olan yük maşınının sürücüsü müğənnini görərək qəfil əyləcə sıxıb və arxadan gələn nəqliyyat vasitəsi yük maşınına çırpılıb. Akçıl isə heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb.
Qazaya düşən nəqliyyat vasitələrinin sürücüləri ilə sərnişinlərinin əsəbi vəziyyətləri isə ətrafda olan gənc xanımın kamerasının obyektivinə düşüb.
Hadisə yerinə gələn yol polisi əməkdaşları, qəzaya düşən nəqliyyat vasitələrinin sürcülərinin ifadələrini alıblar.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, daha sonra sənətçi sosial şəbəkədə qəzaya səbəb olması haqda yayılan xəbərlərə əsəbiləşərək öz səhifəsindəki paylaşımında bunları qeyd edib:
“Qəzanı mən törətməmişəm. Sürücüyə dedim ki, nə lazımdırsa, edəcəyik. Ofisdə görüşəcəyik. Ömrümdə heç kimdən qaçmamışam”.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












