Motosiklet, moped və skuter sürücüləri yollarda təhlükə yaradırlar - VİDEO

Son vaxtlar motosiklet, moped və skuter sürücülərinin sayı çoxalıb. Daha çox kuryer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri isə paytaxt yollarında təhlükəli vəziyyət yaradırlar. Bu dəfə də belə bir hadisə Xətai rayonu ərazisində yaşanıb. Skuter sürücüsüsünün tələskənliyi motosikilet sürücüsünün xəsarət alması ilə nəticələnib.
Günün istənilən saatında və paytaxtın istənilən küçə və prospektində heç gözlənilmədən motosiklet və mopedlər haradansa çıxır, ya maşınla, ya avtobusla, ya da bir- biri ilə toqquşur, bəzən də piyadalar vurulur.
Təhlükəli yol qəzası Toğrul Bilalzadənin də həyatından yan keçməyib. Kuryerin yol hərəkəti qaydalarına məhəl qoymadan tam sürətlə tələsməsi nəticəsində o, xəsarət alıb. Hadisənin təfərrüatlarını “Xəzər Xəbər”ə danışan Toğrul Bilalzadə deyir ki, paytaxt yollarındakı tıxac səbəbindən bir müddətdir şəxsi avtomobilindən imtina edərək motosikilet sürür.
Toğrul Bilalzadə qoruyucu geyimdə olduğundan canını qəzadan yüngül xəsarətlə qurtarıb. Buna baxmayaraq qolundan aldığı zədə nəticəsində ona 15 gün motosikletdən istifadə qadağan olunub.
Müsahibimiz deyir ki, daha çox qəza törədənlər yeniyetmə kuryerlərdir.
Sakinlər də bu kimi sürücüləri təhlükə daşıyıcıları adlandırırlar.
Bəs Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Toğrul Nəsirli isə moped, skuter və motosiklet sürücülərinə xəbərdarlıq edib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO










