Nəsimidə təhlükə saçan sürücü avtomobil və piyadaları gözardı etdi - VİDEO

Paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də saat 16:30 radələrində qeydə alınıb.
Videodan görünür ki, 99-BQ-647 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü görüntünü qeydə alan maşını sağdan ötərək sıxışdırıb. Ardınca sözügedən sürücü piyada keçidindən keçən şəxsləri də gözləmədən hərəkətinə davam edib.
Xatırladaq ki, “Yol Hərəkəti haqqında” Qanunun 51-ci maddəsinin II hissəsinə əsasən, həm yaşayış məntəqəsində, həm də bundan kənar yollarda sağdan ötmə (sola dönən nəqliyyat vasitəsini sağdan ötmək istisna olmaqla) qadağandır. Bu qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə ödəməlidirlər.
Eyni zamanda, Qanunun 54-cü maddəsinin I hissəsinə görə, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti işıqfor və ya nizamlayıcı ilə tənzimlənmirsə, sürücü keçidə yaxınlaşarkən sürəti azaltmalı, yolu keçməyə başlamış və ya keçməkdə olan piyadalara yol verməlidir. Bu öhdəliyə əməl etməyən sürücülər İXM-nin 330-cu maddəsi üzrə 50 manat cərimə olunurlar.
Nərmin
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO
Svetofor işləyir amma qırmızı işığı yanmır - Hər an qəza ola bilər - VİDEO
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO












