Nizamidə piyadalarla bağlı maarifləndirici tədbir keçirildi; CƏRİMƏLƏNƏNLƏR VAR - VİDEO

Yol polisi piyadalarla bağlı növbəti maarifləndirmə tədbiri həyata keçirib.
Avtosfer.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təşkil etdiyi maarifləndirmə tədbiri paytaxtın Qara Qarayev prospektində baş tutub. Tədbir zamanı yaxınlıqdakı yeraltı keçidlərdən, eləcə də “zebra”lardan istifadə etməyən piyadalara xəbərdarlıq edilib, onlara bu keçidlərdən istifadənin vacibliyi xatırladılıb.
Tədbirdə piyadalarla maarifləndirici söhbət aparan Nizami rayon DYPŞ-nin inspektoru, polis baş leytenantı Tural Kamranzadə daha əvvəl ərazidə baş verən piyadavurma faktı ilə bağlı onlara məlumat verib və ana-balanın maşınla vurulduğu görüntünü göstərib. Qeyd edib ki, məhz bu yerdə səhvə yol verən piyadaları tez-tez maşın vurur. Amma bəzən bu hadisələr başqalarına dərs olmur. Baş leytenant, belə faciələrdən uzaq olmaq üçün yol hərəkəti qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Tədbir zamanı yol polisinin xəbərdarlığına məhəl qoymadan yolu keçənlər cərimələnib.
Bu azmış kimi, yol polisinin gördüyü tədbirlərə baxmayaraq polisin başı bir vətəndaşa qarışan kimi fürsətdən istifadə etməyə çalışanlar da az olmadı.
Üstəlik baş leytenant Tural Kamranzadənin qayda pozan piyada ilə söhbəti zamanı avtobus gəldiyi üçün tələsdiyini bildirən piyadaya da rast gəlinib.

Yol polisi əməkdaşları qaydalara zidd formada yolu keçməyə cəhd edən yaşlı qadına kömək etməli olublar. Yolda avtomobillərin hərəkəti dayandırılıb və piyadanın təhlükəsiz şəkildə yolu keçməsinə şərait yaradılıb.
Qeyd edək ki, bir müddət əvvəl eyni ərazidə ana və oğlu məktəbə tələsdikləri üçün yeraltı keçiddən istifadə etməyiblər və nəticədə ağır yol-nəqliyyat hadisəsinin qurbanı olublar.
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












