Növbəsini gözləmədən yolayırıcına daxil olan sürücülər SÜNİ TIXAC yaradırlar - VİDEO

Paytaxt küçələrində günün müəyyən saatlarında tıxac qaçılmaz olur. Bunun bir səbəbi də qayda pozan sürücülərdir. Xüsusilə yolayırıcında, işıqforun son saniyələrini gözləmədən hərəkət edənlər yolu iflic vəziyyətinə salır. Bu qaydanı pozan sürücülər bir neçə saniyə qabağa düşmək istəsələr də yolun ortasında ilişib qalır və digər nəqliyyat vasitələrinin də hərəkətinə əngəl törədirlər.
Xatırladaq ki, bir neçə il öncə Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə bəzi küçələrdə bu qayda pozuntusunu tənzimləyən sarı zolaqlar çəkilmişdi. Belə ki, növbəsini gözləmədən hərəkət edən sürücülər həmin zolaqlarda dayandıqları zaman onlara cərimə tətbiq olunurdu.
Lakin bu proses tam olaraq başa çatdırılmadı. Həmçinin bütün yolayrıclarına kameralarla nəzarət fiziki cəhətdən mümkün deyil.
İşıqlandırdığımız məsələylə bağlı sürücülərdən biri sosial sosial şəbəkələrdə video paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, bəzi sürücülər işıqforu gözləmədən yolayırıcına daxil olublar. Hətta qayda pozanların bir neçəsi piyada keçidinin üzərində dayanıblar. Nəticədə onlar həm sürücülərin, həm də piyadaların hərəkətinə maneə yaradıblar.
Ümid edirik ki, tıxaca səbəb olan sürücülər az da olsa məsuliyyət hiss edəcək və xoşagəlməz mənzərələr yaranmayacaq.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












