Paytaxtda zəncirvari qəza: ara məsafəsi gözləmədilər - VİDEO

Bakıda üç avtomobilin toqquşmasıyla nəticələnən zəncirvari qəza baş verib. Avtosfer.az xəbər verir ki, “Toyota”, “Hundai” və “Mercedes” markalı avtomobillərin iştirakıyla baş verən hadisə Azərbaycan prospektində, Şahmat məktəbinin yaxınlığında qeydə alınıb. Qəzaya səbəb yolayrıcında “Toyota” və “Hyundai” markalı minik maşınlarının sürücülərinin ara məsafəsini saxlamaması olub.
Görüntülərdən aydın olur ki, “yol ver” işarəsi olduğu üçün “Mercedes” markalı avtomobilin sürücüsü dayanır. “Hyundai” markalı avtomobil “Mercedes”ə çıpılır və dayanır. Ardınca isə “Toyota” “Hyundai”ni vurur.
Qəza nəticəsində xəsarət alan olmasa da avtomobillərə maddi ziyan dəyib. Görüntülər əraziyə baxan müşahidə kamerası vasitəsi ilə lentə alınıb. Həmin videonu təqdim edirik.
Yunis İsrafilov
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












